“Arsenal”ın müdafiəçisi sıradan çıxdı
“Arsenal”da daha bir itki yaşanıb. Komandanın müdafiəçisi Ben Uayt sıradan çıxıb.
O, “Vulverhempton”la matçda zədələnib. Futbolçunun Hvan Hi Çhanla mübarizə zamanı əzələsi dartılıb.
Qeyd edək ki, görüş “topçular”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.













