“Arsenal”ın Madueke arzusu
“Arsenal” hücum xəttini gücləndirmək istəyir. London klubu “Çelsi”nin vingeri Noni Maduekeni transfer etmək niyyətindədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. “Topçular” artıq ingiltərəli futbolçu ilə razılıq əldə ediblər. Hazırda iki klub arasında danışıqlar davam edir.












