“Arsenal”ın futbolçusundan rekord

“Arsenal”ın futbolçusundan rekord

“Arsenal”ın vingeri Maks Douman Çempionlar Liqasının tarixində ən gənc futbolçu olub. İngiltərəli oyunçu turnirin qrup mərhələsinin IV turunda “Slaviya”ya qarşı oyunda meydana çıxıb.

O, 15 yaş 308 günlük olarkən 72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.

Douman bu göstərici ilə Yusufa Mukokonu geridə qoyub. Alman futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi.

ETOPAZ

Əvvəlki yazı

PSJ və “Arsenal”dan qələbə

Növbəti yazı

Azərbaycan derbisinə doğru: Qollar