“Arsenal”ın futbolçusu Ərəbistan yolunda

“Arsenal”ın futbolçusu Ərəbistan yolunda

“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaeş karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər. “Əl Nəsr” yayda braziliyalı futbolçunu heyətinə cəlb etmək istəyir.

Ərəblər futbolçuya illik 20 milyon avro, “topçular”a isə 100 milyon avro ödəniş etməyə hazırdır.

Xatırladaq ki, Qabriel London təmsilçisinə 2020-ci ildə “Lill”dən 26 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm “Arsenal”ın heyətində iştirak etdiyi 41 rəsmi matçda 5 qol, 1 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Hoyland “Napoli”nin hədəfində

Növbəti yazı

Feliks “Aston Villa”nın hədəfində