“Arsenal”dan yeni rekord

“Arsenal”dan yeni rekord

“Arsenal” klub tarixinin rekorduna imza atıb. “Topçular” buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “İnter”lə matçında (3:1) nail olub.

London təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində ardıcıl 7 görüşdə qalib gəlib.

Bu qarşılaşmadalarda 20 qol vuran komanda qapısında yalnız 2 top görüb.

Qeyd edək ki, “Arsenal” hazırda 21 xalla Liqa mərhələsinin lideridir.

ETOPAZ

Əvvəlki yazı

Mbappedən xüsusi uğur

Növbəti yazı

“Karvan-Yevlax”da üç ayrılıq