“Arsenal”dan Saka qərarı
“Arsenal”ın futbolçusu Bukayo Sakanın taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq.
London klubu futbolçusu ilə anlaşmanı 5 illik uzadacaq. Artıq bununla bağlı razılıq əldə olunub. Onun indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Bukayo cari mövsümdə 33 oyuna çıxıb. O, 11 qol vurub və 9 assistə imza atıb.