“Arsenal”dan Odeqarda yeni müqavilə
“Arsenal” yarımmüdafiəçisi Martin Odeqardla bağlı qərarını verib. Klub onu heyətində saxlamağı planlaşdırır.
“Topçular” müqaviləni 2026-cı ilə qədər uzatmaq variantını aktivləşdirmək niyyətindədir. Yaxın vaxtlarda futbolçu və klub sözləşmənin şərtlərini müzakirə edəcək.