“Arsenal”dan klub rekordunun təkrarı
“Arsenal” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bodo-Qlimt”lə qarşılaşıb. Londonlular 3:0 hesabı ilə qalib gəlib.
Bu, “topçular” üçün 2022-23 mövsümünün ilk 10 oyununda 9-cu qələbədir. Bununla da, “Arsenal” klub tarixinin rekordunu təkrarlayıb.