“Arsenal”da yeni müqavilə
“Arsenal kapitanı Martin Odeqaardı komandada saxlayıb. Klub onunla müqaviləni yeniləyib.
Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 24 yaşlı norveçli 2021-ci ilin yayında 35 milyon avroya “Real”dan “topçular”a keçib.