“Arsenal”da yeni müqavilə
“Arsenal” futbolçusu Vilyam Saliba ilə yeni müqavilə imzalayır. İngiltərə klubu müdafiəçi ilə anlaşmanı uzatmaq barədə razılıq əldə edib.
Yeni sözləşmə 4 il üçün nəzərdə tutulub. Müdafiəçini Avropanın bir sıra klubları istəsə də, londonlular onu heyətində saxlaya bilib.
Fransalı Premyer Liqanın son mövsümündə 27 matç keçirib. O, 2 qol və 1 assistə imza atıb.