“Arsenal”da yeni müqavilə
“Arsenal”da yeni müqavilə imzalanıb. “Topçular” komandanın müdafiəçisi Vilyam Saliba ilə razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Saliba 2019-cu ildən “Arsenal”da çıxış edir.












