“Arsenal”da yeni müqavilə
“Arsenal” futbolçusu Qabriel ilə müqaviləni uzadıb. Bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.
Qabriel başa çatan mövsümdə Premyer Liqada 28 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.