“Arsenal”da növbəti itki
“Arsenal”da daha bir itki yaşanıb. Bu, Premyer Liqanın XIV turunun “Brentford”la matçında baş verib
Kristian Moskera tullanışdan sonra uğursuz eniş edib və ayağını zədələyib. Tibbi heyətlə danışdıqdan sonra 21 yaşlı ispan meydanı tərk edib.
Qeyd edək ki, öncəki günlərdə “Arsenal”da Villiam Saliba və Qabriel Magalhaes də zədə səbəbindən sıradan çıxmışdı.












