“Arsenal”da ciddi itki
“Arsenal”ın heyətində ciddi itki baş verib. Premyer Liqanın 14-cü turunun “Brentford”la oyununda (2:0) zədələnən Kristian Moskeranın durumu məlum olub.
Topuğundan xəsarət alan alan ispaniyalı müdafiəçinin zədəsi ciddidir. 21 yaşlı mərkəz müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.












