”Arsenal”da ciddi itki
“Arsenal” ciddi itki ilə üzləşib. Müdafiəçi Qabriel Braziliya millisinin düşərgəsində zədələnib.
Futbolçu azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qabriel “Arsenal”ın Çempionlar Liqasında “Bavariya”, “Brügge”, İngiltərə Premyer Liqasında “Tottenhem”, “Çelsi”, “Brentford”a qarşı keçirəcəyi oyunları buraxacaq.
Müdafiəçi bu mövsüm 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.












