“Arsenal”da ciddi itki

“Arsenal”da ciddi itki

“Arsenal”da ciddi itki yaşanıb. Klub Qabriel Maqalyaeşin zədəsi ilə bağlı açıqlama yayıb.

Braziliyalı müdafiəçinin mövsümün sonuna kimi meydana çıxmayacağı bəlli olub. “Fulhem”lə görüşün 16-cı dəqiqəsində zədələnən Qabrielin yaxın günlərdə əməliyyat olunacağı bildirilib. Bundan sonra 27 yaşlı futbolçunun bərpa prosesinə start veriləcək.

Qeyd edək ki, Maqalyaeş bu mövsümdə 42 oyunda 5 qol və 3 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Şevçenko UEFA-ya seçilmədi

Növbəti yazı

Noyer zədəsini sağaltdı