“Arsenal” Villianı pulsuz göndərir
İngiltərənin “Arsenal” klubunun futbolçusu Villian karyerasını Braziliyada davam etdirə bilər. 33 yaşlı yarımmüdafiəçi “Korintians”a keçməyə yaxındır. Braziliyalının keçidi ilə bağlı iki klub arasında danışıqlar başlayıb. Villian Avropada qalmaq istəsə də, “Korintians”ın təklifi kifayət qədər cəlbedicidir. “Arsenal” maaşlarda qənaətə nail olmaq üçün futbolçunu pulsuz da buraxmağa hazırdır.
Villian ötən mövsüm “Arsenal”da keçirdiyi 37 matçda 1 qol vurub.