“Arsenal” Saka ilə “100”ə çatdı
İngiltərə millisinin futbolçusu Bukayo Saka DÇ-2022-nin II turunun ABŞ-la oyununda meydana çıxıb. Bu, “Arsenal”ın oyunçularının böyük turnirlərdə 100-cü matçı olub.
Bu görüşəcək London klubunun üzvləri dünya və Avropa çempionatlarında İngiltərə yığmasında 99 oyun keçirmişdi. “Arsenal” bu göstəricidə Premyer Liqanın 4-cü komandasıdır. Yalnız “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem”i “100”ü daha öncə geridə qoyub.
Qeyd edək ki, İngiltərə ABŞ-la matçda qolsuz heç-heçə edib.