“Arsenal” Rays transferini bitirir
“Arsenal” Deklan Raysın transferini bitirmək üzrədir. “Topçular” “Vest Hem”lə yekun razılaşmaya yaxındır.
Yaxın vaxtlarda tərəflər yekun detalları həll edəcək. Ardından Rays tibbi müayinədən keçmək üçün icazə alacaq. Daha əvvəl bildirilmişdi ki, “Vest Hem” “Arsenal”ın bonuslar da daxil olmaqla 122 milyon avroluq təklifi qəbul edib.