“Arsenal” Rabioya elçi düşdü

“Arsenal” Rabioya elçi düşdü

Fransa millisinin futbolçusu Adrien Rabio karyerasını İngiltərədə davam etdirə bilər. “Yuventus”un yarımmüdafiəçisi “Arsenal”ın maraq dairəsinə düşüb.

London klubu 27 yaşlı futbolçu ilə danışıqlara başlamaq niyyətindədir. Onun xidmətində “Mançester Yunayted”, “Liverpul”, “Çelsi” və “Tottenhem” də maraqlıdır.

Bu üzdən “Arsenal” onun keçidini daha tez həll etmək istəyir. Qeyd edək ki, Rabio 2019-cu ildən “Yuventus”un formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

“Çikaqo”da vida

Növbəti yazı

Lebronun final gözləntisi