“Arsenal” hücumçusunu satır
“Arsenal” hücumçusu Nikolya Pepeni satmaq niyyətindədir. London klubunun rəhbərliyi forvardın oyunundan narazıdır.
Bu üzdən 26 yaşlı futbolçunun satılması gündəmə gəlib. Fil Dişi Sahili millisinin üzvünün müqavilə müddəti 2024-cü ilin yayına qədər olsa da, “topçular” onu sərfəli qiymətə sataraq, əvəzinə yeni hücumçu almağı planlaşdırır.
Onun xidmətində maraqlı olan ilk klub isə Premyer Liqanın digər təmsilçisi “Nyukasl”dır. Pepe “Arsenal”a 2019-cu ildə “Lill”dən keçib.