“Arsenal” futbolçusunu icarəyə verdi
“Arsenal” müdafiəçi Sedrik Soareşi icarəyə verib. London klubunun 31 yaşlı portuqaliyalı futbolçusu mövsümün sonuna qədər “Fuhem”də oynayacaq.
Soareşin yeni komandası onun həftəlik təxminən 100 min funt-sterlinq olan maaşını da ödəyəcək.
Qeyd edək ki, 32 yaşlı müdafiəçinin “Arsenal”la müqaviləsi 2024-cü ilin iyununda bitir. Oyunçu bu mövsüm cəmi 4 oyuna çıxıb.