“Arsenal” dünya çempionunu istəyir
“Arsenal” heyətini gücləndirmək niyyətindədir. Klub “Brayton”un futbolçusu Aleksis Makallisterlə maraqlanır.
“Qağayılar”ın oyunçusunun müqaviləsi 2025-ci ildə başa çatır. Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan futbolçuya “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” da iddia edir.