“Arsenal” belçikalını istəyir
“Arsenal” hücum xəttini gücləndirmək istəyir. “Topçular” “Brayton”un hücumçusu Leandro Trossardı transfer etməkdə maraqlıdır.
“Qağayılar”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq belçikalı ilə başqa klublar da maraqlanır. Qabriel Jezuş zədələndiyi üçün “Arsenal”ın hücumçuya ehtiyacı var.