Arnautoviçdən rekord

Arnautoviçdən rekord

Avstriya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində San Marino yığmasını qəbul edib. Ev sahibləri rəqibini 10:0 hesabı ilə darmadağın edib.

Matçda poker edən Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüb.

36 yaşlı hücumçu yığmanın heyətində çıxış etdiyi 128 rəsmi oyunda 45 qol vuraraq komandanın bütün dövrlər üzrə ən çox qol vuran futbolçusu olub.

Qeyd edək ki, peşəkar karyerasına “Tvente”də başlayan Arnautoviç daha sonra “İnter”, “Verder”, “Stok Siti” və “Vest Hem” kimi klublarda çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Keyn ayın futbolçusu seçildi

Növbəti yazı

“Ovyedo”nun baş məşqçisi bəlli oldu