Arnautoviç “Yuventus”un hədəfində

Arnautoviç “Yuventus”un hədəfində

“Yuventus” heyətinə yeni hücumçu qatmağı planlaşdırır. Turin təmsilçisi “Bolonya”da çıxış edən Marko Arnautoviçin xidmətində maraqlıdır.

O, “Everton”dan icarəyə götürülən Moyze Kinin mümkün gedişindən sonra boşluğu aradan qaldırmalıdır. 33 yaşlı avstriyalı “Mançester Yunayted”in də hədəfindədir.

Lakin İngiltərə klubunu “Bolonya”nın tələbi qane etmir. İtaliyalılar hücumçunu 14 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Marko ötən mövsüm 34 oyunda 15 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Ronaldoya müştəri axtarır

Növbəti yazı

“Tottenhem”dən Zaniolo üçün daha bir cəhd