Arnar Qunnlauqsson: “Çox vacib oyundur”

Arnar Qunnlauqsson: “Çox vacib oyundur”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz növbəti matçını keçirəcək. Komandamız İslandiya ilə qarşılaşacaq.

Qonaqların baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

“Azərbaycan millisi ilə görüş bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə əldə etməliyik. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq. Azərbaycan millisi eyni sistemdə oynayır. Amma indi daha istəkli, daha strukturlu və təşkilatlanmışdır. Müdafiədə, keçidlərdə, topa sahib olmada xeyli irəliləyiblər. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən deyərdim ki, bizim komanda o matçda yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaq. Bu komanda ilə növbəti Avropa çempionatı heyətinin əsasını formalaşdırmaq istəyirik”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.11.2025

Növbəti yazı

Arnar Haraldsson: “Yaxşı nəticə qazanmalıyıq”