Arinadan ilk

Arinadan ilk

Dünyanın beşinci raketkası Arina Sobolenko ilkə imza atıb. O, ilk dəfə “Australian Open”in yarımfinalına yüksəlib.

Təcrübəli tennisçi 1/4 finalda Donna Vekiçə qalib gəlib – 6:3, 6:2. Arina “Böyük dəbilqə”lərdə dördüncü dəfə yarımfinal oynamaq hüququ qazanıb. O, öncə bir dəfə “Uimbldon”, iki dəfə “US Open”də bunu bacarıb. Onun rəqibi Maqda Linett olacaq.

Qeyd edək ki, Sobolonko dünya reytinqində 4-cü yerə yüksəlməyi təmin edib. O, finala adlasa ikinci sıraya qədər irəliləyəcək.

ETOPAZ

Əvvəlki yazı

Bamba “Orlando”ya lazım deyil

Növbəti yazı

İlk finalçı bəlli oldu