Arinadan 18 ikiqat səhv
Dünyanın ikinci raketkası Arina Sobolenko 2022-ci ilə uğursuz başlayıb. O, Adelaidada təşkil olunan turnirlə 1-ci mərhələdə vidalaşıb.
Arina Kaye Yuvana 6:7, 1:6 hesabı ilə uduzub. O, oyunun gedişində 49 məcburi və 18 ikiqat səhv edib.
Yuvan karyerasında ilk dəfə “Top-10”dan olan rəqibinə qalib gəlib. O, iki məğlubiyyətdən sonra buna nail olub.