Arinadan 10-cu qələbə

Arinadan 10-cu qələbə

Dünyanın 7-ci raketkası Arina Sobolenko ilin yekun turnirində yarımfinala yüksəlib. O, “WTA Finals”ın qrup mərhələsində Cesika Pequlanı məğlub edib.

6:3, 7:5 hesabı ilə qalib gələn belaruslu karyerasında 10-cu dəfə “Top-5”dən olan rəqibi üzərində qələbə qazanıb. 3-cü raketkanı məğlubiyyətə uğradan belaruslu turnirdə ikinci belə qələbəsinə sevinib.

O, ilk turda ikinci raketka Ons Jaberi üstələyib. Sobolenko yekun turnirində yarımfinala yüksələn üçüncü belarusludur.

1995-ci ildə Natalya Zvereva, 2011-ci və 2012-ci illərdə Viktoriya Azarenko bunu bacarıb.

ETOPAZ

Əvvəlki yazı

La Liqada rekord

Növbəti yazı

Spalletti ən yaxşı seçildi