Argentinanın rəqibi Kolumbiya oldu
Amerika kubokunda mübarizə sona yaxınlaşır. Bu gün yarımfinal mərhələsinə yekun vurulub.
Uruqvay Kolumbiya ilə qarşılaşıb. Oyunda hesabı “qəhvəçilər” açıb. Cefferson Lerma fərqlənib. İkinci yarıda uruqvaylılar hücumlarını artırsa da, hesabı dəyişə bilməyiblər.
Beləliklə, Kolumbiya adını finala yazdırıb. Komandanın həlledici matçdakı rəqibi son dünya və Amerika çempionu Argentina millisi olacaq.