Argentinalı futbolçular cəzalanacaq

Argentinalı futbolçular cəzalanacaq


DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin yarımçıq dayandırılan Braziliya – Argentina matçının iştirakçılarından ikisi cəzalandırılacaq. İngiltərənin “Tottenhem” qalmaqallı oyundakı təmsilçiləri Covani Lo Çelso və Kristian Romeroya cərimə tətbiq edəcək. Kolumbiya yığmasına yollanan Davinson Sançes də eyni aqibətlə üzləşəcək.
Argentinalılar Braziliyaya yollanarkən qaydaları pozub. Bu ölkəyə İngiltərədən gedənlər 14 günlük karantinə alınmalı idi. Oyunçular isə sərhədi qanunsuz keçməkdə günahlandırılır.
Xatırladaq ki, Sançes Kolumbiya millisinin heyətində Boliviya və Paraqvaya qarşı səfər matçlarında iştirak edib. Argentinalılar isə yığma ilə vətənə qayıdıblar.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən bahalı klubları müəyyənləşdi

Növbəti yazı

Bundestimdə yeni baş məşqçi