Argentinadan çətin qələbə

Argentinadan çətin qələbə

DÇ-2022-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Qətərdəki mundialın 14-cü günündə Argentina və Avstraliya üz-üzə gəlib.

1/4 finala ikinci vəsiqəni cənubi amerikalılar qazanıb. Lionel Messi və komandası mundialda ardıcıl 3-cü qələbəsini qazanıb.

Qarşılaşmanın 35-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Argentinanı hesabda önə çıxarıb. 57-ci dəqiqədə Xulen Alvares rəqib qapısına yol tapıb – 2:0. Avstraliyalılar 77-ci dəqiqədə fərqi minimuma endirsə də, cənubi amerikalılar 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinə dekabrın 6-da yekun vurulacaq.

e-Topaz

Əvvəlki yazı

Messi 1000-ci oyununda qol vurdu

Növbəti yazı

1/4 finalda Niderland – Argentina cütü