Argentinada yeni rekordçu
DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina – Xorvatiya oyununda ilk 45 dəqiqə başa çatıb. Cənubi amerikalılar fasiləyədək iki cavabsız qol vurub. Öncə Lionel Messi penaltidən yararlanıb, ardınca Xulian Alvares fərqlənib.
Messi bununla da yeni rekorda imza atıb. O, Argentina yığmasının dünya çempionatlarındakı ən yaxşı bombardiri adına sahib çıxıb.
Lionel 11-ci dəfə mundialda qol vurub. O, 10 qol vuran Qabriel Batistutanı arxada qoyub.