Argentina Niderlandı mübarizədən kənarlaşdırdı
Dünya çempionatında 1/4 finalın oyunları keçirilir. Niderland Argentina ilə qarşılaşıb.
Görüş cənubi amerikalıların üstünlüyü ilə başlayıb. Lionel Messinin ötürməsindən sonra Nahuel Molina hesabı açıb. İkinci yarı da eyni ssenari ilə start götürüb. Messi penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb – 2:0. Bundan sonra Niderland futbolçuları üstünlüyə yiyələnib və hesabı bərabərləşdirməyə nail olub. Vout Veqorst dubla imza atıb 2:2. Görüşün əsas və əlavə vaxtı bu hesabla başa çatıb. Penaltilər seriyasında isə Argentina daha dəqiq olub – 4:3.