Argentina millisində ciddi itki

Argentina millisində ciddi itki

“Roma”nın futbolçusu Paulo Dibala zədələnib. “Kalyari” ilə matçda (1:0) zədələnən 31 yaşlı futbolçunun ən azı bir ay meydanlardan uzaq qalacağı gözlənilir.

Dibala zədə səbəbi ilə Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində Argentinanın Braziliya və Uruqvaya qarşı keçirəcəyi matçları buraxacaq. 

Cari mövsümdə “Roma”nın heyətində 36 oyuna çıxan argentinalı 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“İnter”in İnzaqi planı

Növbəti yazı

Lionel Messi zədələndi