Argentina Finalissimanın qalibi oldu

Argentina Finalissimanın qalibi oldu

Finalissimanın qalibi müəyyənləşib. “Uembli”də keçirilən matçda Cənubi Amerika çempionu Argentina Avro-2020-nin qalibi İtaliya ilə qarşılaşıb.

Oyun amerikalıların üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar quran “Argentina” ciddi qol epizodu yarada bilməyib. Hissənin sonlarında Lionel Messi ustalığını göstərib. Rəqib müdafiəçi ilə təkətək mübarizədə topu itirməyən ulduz futbolçu komanda yoldaşına ötürmə edə bilib. Lautaro Martinez bu pası qola çevirib – 1:0. “İnter”in futbolçusu ilk yarının sonlarında assist müəllifi də ola bilib. O, Anxel Di Mariyanı qapıçı ilə üz-üzə çıxarıb. Sonuncu bu pası qola çevirib – 2:0.

İkinci hissə İtaliyanın üstünlüyü ilə başlayıb. Avropalılar qol vurmaq üçün irəli atılıb. Lakin, Argentina rəqibini əks-hücumlarda yaxalaya bilib. Bir neçə epizodda fərqlənməyə yaxın olan cənubi amerikalılarda dəqiqlik çatmayıb. Görüşün sonlarında Messidən gələn topu Paulo Dibala qapıdan keçirib – 3:0. Matçdan qalib ayrılan Lionelin komandası kuboku başı üzərinə qaldırıb.

ETOPAZ

Əvvəlki yazı

Asensio “Real”dan ayrıla bilər

Növbəti yazı

Finalissimanın ən yaxşısı Messi seçildi