Argentina finalda
DÇ-2022-də yarımfinal mərhələsinə start verilib. İlk finalçı Argentina – Xorvatiya oyununda müəyyənləşib.
Qarşılaşmanın taleyi ilk hissədə həll olunub. Öncə Lionel Messi penaltidən yararlanıb. Ardınca Xulian Alvares fərqi iki topa çatdırıb. Fasilədən sonra Alvares dublunu rəsmiləşdirib – 3:0.
Böyükhesablı qələbə qazanan Argentina Qətərdəki mundialın ilk finalçısı olub. Cənubi amerikalıların rəqibi Fransa – Mərakeş matçında müəyyənləşəcək.