Argentina DÇ-2026-ya vəsiqə qazandı

Argentina DÇ-2026-ya vəsiqə qazandı

DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub. Argentina yığması mundiala vəsiqə qazanan 4-cü komanda olub.

Lionel Skaloninin yetirmələri Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunda bu hüququ qazanıb. Boliviya və Uruqvayın qolsuz heç-heçəsi sayəsində Argentina DÇ-2026-ya bileti təmin edib.

Bunadək Yaponiya, Yeni Zelandiya və İran da mundiala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”nın Şkrinyar planı

Növbəti yazı

Braziliya dünya çempionuna böyük hesabla uduzdu