Ardıcıl 8-ci qələbə

Ardıcıl 8-ci qələbə

Dünyanın sabiq birinci raketkası Simona Halep “Australian Open”də 3-cü mərhələni uğurla adlayıb. O, Danka Koviniçi cəmi 65 dəqiqəyə məğlub edib – 6:2, 6:1.

Ardıcıl 8-ci qələbəsini qazanan rumıniyalı ardıcıl 5-ci dəfə “Böyük dəbilqə”lərin ikinci həftəsinə yüksəlib. O, buna “Australian Open” ardıcıl 5-ci, ümumilikdə 7-ci dəfə nail olub.

Qeyd edək ki, Simona 1/8 finalda Alize Korne ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Fati üç ay oynamayacaq

Növbəti yazı

Kosta komandasını dəyişir