Ardıcıl 6-cı məğlubiyyət
“Klippers” ardıcıl 6-cı məğlubiyyətini alıb. Los-Anceles təmsilçisi “Atlanta”ya uduzub.
108:112 hesablı yenilgi ilə kaliforniyalıların mövsümdəki ən uğursuz seriyası gerçəkləşib. Tayron Lyunun yetirmələri hazırda Qərb konfransında 6-cıdır. Komandanın hesabında 21 qələbə və 21 məğlubiyyət var.