Ardıcıl 5-ci qələbə
“Arsenal” Premyer Liqadakı qələbə seriyasını 5-ə çatdırıb. Mikel Artetanın yetirmələri “Brayton”a qalib gəlib – 4:2.
“Topçular” mövsümün 16 görüşündə 14 dəfə qələbə qazanıb. Komanda yalnız iki dəfə xal itirib. Londonlular qələbə seriyasını davam etdirməklə zirvədəki mövqeyini də qoruyub. Paytaxt klubu “Mançester Siti” ilə fərqi 7 xala çatdırıb.