Ardıcıl 5-ci məğlubiyyət
“Leykers” NBA-da növbəti məğlubiyyətini alıb. Los-Anceles təmsilçisi “Minnesota”ya uduzub – 102:111.
Kaliforniya klubu mövsümün startındakı 5-ci oyunda 5-ci dəfə məğlub olub. Debütant baş məşqçi Darvin Hemin yetirmələri qələbə qazanmayan iki komandadan biridir.
“Sakramento” da qələbə həsrətindədir. “Kinqz” 4 görüş keçirib.