Ardıcıl 4-cü məğlubiyyət
Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Atletiko” ilə qarşılaşan “Milan” 1:2 hesabı ilə uduzub. Bu, İtaliya təmsilçisinin qitənin ən nüfuzlu klub turnirindəki ardıcıl 4-cü məğlubiyyəti olub.
İki həftə əvvəl keçirilən I turda “Liverpul”a 2:3 hesabı ilə uduzan A seriyası təmsilçisi sonuncu dəfə 2014-cü ildə meydana çıxdığı 1/8 final matçlarında da iki yenilgi alıb. Həmin vaxt milanlılar “Atletiko”ya “boyun əyib” – 0:1, 1:4.
“Milan”, ümumiyyətlə, Çempionlar Liqasındakı son 9 oyununda cəmi 1 dəfə qələbə qazanıb. Digər görüşlərdə 3 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb.