Ardıcıl 4-cü məğlubiyyət
Dünyanın dördüncü raketkası Stefanos Tsitsipas ATP kubokunda Dieqo Şvartsmanla qarşılaşıb. Yunan tennisçi reytinqin 13-cüsü olan rəqibinə 7:6, 3:6, 3:6 hesabı ilə uduzub.
Bu, Stefanosun ardıcıl 4-cü məğlubiyyətidir. Tsitsipas 2019-cu ildən sonra ən uzun məğlubiyyət seriyası ilə üzləşib.
Həmin vaxt yunan tennisçi 5 matçda uduzub. O, sonuncu qələbəsini ötən ilin oktyabrında Vyanada qazanıb.