Ardıcıl 20-ci qələbə
“Böyük dəbilqə” turnirlərinin 21 qat qalibi Rafael Nadal İndian-Uellsdəki “Masters”in finalına yüksəlib. İspaniyalı tennisçi yarımfinalda Karlos Alkarası məğlub edib – 6:4, 4:6, 6:3.
Bununla da Nadal 2022-ci ildə ardıcıl 20-ci qələbəsini qazanıb. O, İndian-Uellsdə 5-ci, “Masters”də 53-cü, karyerasında 129-cu dəfə finala çıxıb.
Nadal finalda Teylor Fritslə görüşəcək. O, 92-ci titul üçün mübarizə aparacaq.