Ardıcıl 10-cu qələbə
Dünyanın 11-ci raketkası Yannik Sinner Vyanada keçirilən turnirin 1/4 finalına yüksəlib. O, 1/8 finalda Dennis Novakı iki setdə məğlub edib – 6:4, 6:2.
Sinner zallarda ardıcıl 10-cu oyunda qələbəsini qazanıb. O, qapalı məkanlardakı son 20 setdə qalib gəlib. Sofiya və Antverpendəki turnirlərin qalibi Vyanada daha bir matçda qələbə qazansa, çempionluq yürüşündə “Top-8”ə daxil olacaq.