Arda Turan karyerasını bitirdi
Arda Turan önəmli qərarını açıqlayıb. O, futbolçu karyerasını başa vurub.
O, həyat yoldaşının yutub kanalı vasitəsilə belə qərar verdiyini bəyan edib. Hücumameylli yarımmüdafiəçi vida etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, 2005-11 və 2020-22-ci illərdə “Qalatasaray”da çıxış edən Turan “Atletiko” (2011-15) və “Barselona”da (2015-20) forma geyinib. O, icarə əsasında “Manisaspor” (2006) və “Başakşəhər”də (2018-20) də çıxış edib. Arda 2006-17-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub.