Arda Turan baş məşqçi fəaliyyətinə başladı
“Eyüpspor” komandasına yeni baş məşqçi təyin edilib. Türkiyə çempionatının 1-ci liqasında mübarizə aparan İstanbul klubunu 36 yaşlı Arda Turan çalışdıracaq.
Rəhbərlik veteran yarımmüdafiəçinin qarşısına komandanı Super Liqaya çıxarmaq vəzifəsini qoyub. “Eyüpspor” 31 turdan sonra 57 xalla turnir cədvəlində 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray”, “Atletiko” və “Barselona” komandalarının şərəfini qorumuş Arda Turanın bu baş məşqçi kimi ilk işi olacaq.