Arda Güler ayın futbolçusu seçildi
“Real”ın futbolçusu Arda Güler İspaniya La Liqasında U-23 oyunçular arasında dekabr ayının ən yaxşısı seçilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı türkiyəli yarımmüdafiəçi dekabrda Madrid təmsilçisinin heyətində 5 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib.